• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Şeyx"lər xəzinə açdırmaq üçün 8 yaşlı uşağı öldürdü, ölkə qarışdı



Misirdə əlləri kəsilən 8 yaşlı uşağın cansız cəsədinin tapılması ölkəni şok effekti yaradıb və hiddət doöurub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisəni araşdıran prokurorlar qətlin qanunsuz tarixi əsər qazıntısı ilə bağlı olduğunu iddia ediblər.

Onun atası Əbu Əl Vəfa dörd gündür itkin düşən uşağı Məhəmmədin cəsədini Yuxarı Misirin Asit şəhərindəki əkinçilik sahəsində tapıb. Polis qətllə bağlı uşağın qohumları olan 3 qardaşı saxlayıb.

Prokurorluğun açıqlamasına görə, şübhəlilərdən ikisi cinayəti etiraf edib.

Onlar qədim Misir xəzinələrinə çatmaq istəyən və qeyri-qanuni qazıntı aparan bir şəxsə uşağın əllərini satmaq üçün cinayət törədib.

"Polis araşdırmasından sonra oğlumun öz əmisi qohumları, onunla oynayan və hətta itəndə onu mənimlə birlikdə axtaran qohumlarım tərəfindən öldürüldüyünü biləndə şoka düşdüm", - ata Əl Vəfa deyib.

Qətl Misirdə sosial şəbəkələrdə böyük etiraza səbəb olub.

Bir çox insanlar çəkindirici vasitə kimi cinayətkarların sərt cəzalandırılmasını tələb ediblər.
Valideynlərə uşaqları kiminlə vaxt keçirdiklərini barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, son illərdə Misirdə digər oxşar cinayətlər də törədilib.

Qədim xəzinələri tapmaq istəyənlərin insan həyatını qurban verməsi Misirdə adi cinayətdir.
Belə bir inanc var ki, tilsimləri pozmaq üçün orada olan “şeyxlərin” qarşısında qəbirlər açılmalıdır.
"Şeyx" olduqlarını iddia edən bu insanlar qədim türbəni qoruyan ruhu çağırdıqlarını iddia edirlər. Bunun müqabilində külli miqdarda pul və qan qurban verilməsini istəyirlər. Çox vaxt bu, bir heyvanın qanıdır, lakin bəzi "şeyxlər" insan qanının, hətta "uşaq" qanının lazım olduğunu iddia edirlər.

Qədim Misir sivilizasiyalarını araşdıran Qahirə Universitetindən arxeologiya professoru Dr. Əhməd Badran deyir ki, bu cinayətləri daha çox Yuxarı Misirdə tarixi əsərlər taparaq tez varlanmaq arzusunda olanlar edir.

Billurə

ƏN ÇOX OXUNANLAR

0.034537792205811