• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Milyonlarla insan çətinlikdə qaldı: 10 mindən çox işçi köməyə gedir



ABŞ-nin Texas ştatını cənginə alan "Beril" qasırğası əyalətdə ciddi fəlakətə yol açıb, nəticədə azı 3 nəfər həlak olub. 

Ölkə.Az "mir 24" telekanalına istinadən xəbər verir ki, sürəti 130 km/saata çatan "Beril" qasırğası zamanı Texasda evləri uçurub, avtomobilləri aşırıb, çoxlu sayda ağacları kökündən çıxararaq evlərin və obyektlərin üzərinə yıxıb.

Ştatda dəmir yolları su altında qalıb. Hava limanlarında 1500-dək aviareys təxirə salınıb. Elektrik xətləri qırıldığından hazırda 2,5 milyon insan işıqsız qalıb.

Quberantor Dan Patrikin sözlərinə görə, ən çox elektrik enerjisi sahəsinə ziyan dəyib: "Enerji bərpa etmək bir neçə gün çəkəcək. Çox böyük dağıntı var. Elektrik enerjisinin bərpasına kömək etmək üçün başqa ştatlardan bizə 12 minə yaxın elektrik işçisi gələcək”.

Polis və xilasedicilər zərər çəkmiş ərazilərə çatmaq üçün qayıqlardan istifadə etmək məcburiyyətində qalıblar.  

Təhlükəli vəziyyət yarandığından gəmi limanları da fəaliyyətini dayandırıb. 

Dağılma təhlükəsi səbəbindən iri neft terminalları fəaliyyət göstərmir.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.050852060317993