• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rusiya Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasında maraqlı deyil - Tarasov



"İrəvanla Moskva arasındakı münasibətlərdə ciddi fasilə yaranıb və bu, çox subyektiv xarakter almağa başlayıb. Putinlə Paşinyan münasibətlərində nəsə baş verib, başa düşürsən ki, Rusiya tərəfi Paşinyana etibar etmir". 

Ölkə.Az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

Onun sözlərinə görə, səbəbini bilməsə də, amma iki ölkənin rəhbərliyi arasında yadlaşma ortadadır. "Hesab edirəm ki, bir çox hallarda günahkar erməni tərəfidir", - o qeyd edib.

Tarasov bildirib ki, Paşinyanın hakimiyyətə gəlişi Rusiyanın səhvi idi. "Biz Paşinyanın hakimiyyətə gələcəyini bilirdik, Moskva bilirdi, amma o prosesin qarşısını almaq üçün heç nə etmədi. Biz bundan sonra nə olacağını bilirdik... Bir sözlə: faciə", - o qeyd edib.

Putinin Paşinyanı hakimiyyətdən uzaqlaşdırması üçün  təsir mexanizmlərinə gəldikdə Tarasov deyib ki, indiki mərhələdə Rusiya Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasında maraqlı deyil.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.020367860794067