• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Moskva bəzi postsovet ölkələrinə dözməyəcək - Politoloq



"Ukraynadakı müharibə Rusiyanın nə Cənubi Qafqaz, nə də digər postsovet ölkələrindəki siyasətinə təsir edir. Xüsusən də Ermənistanda Ukrayna faktorunun əhəmiyyəti çox şişirdilir".

Ölkə.Az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya başı qarışıb və müharibə şəraitindədir. "Müharibədə ciddiyik. Nə vaxt qalib gəlsək, fərqli olacağıq. Onları narahat edən, qəzəbləndirən də budur. Biz artıq bir sıra postsovet dövlətlərinin məsuliyyətsiz bəyanatlarına dözməyəcəyik. Bax, hamını narahat edən budur", - o qeyd edib.

Tramp prezident seçilməsinin Rusiya-Amerika münasibətlərinə təsirinə gəldikdə Tarasov deyib ki, Tramp prezident seçilsə belə, durum indikində o qədər də fərqli olmayacaq. "Sadəcə olaraq, Putinlə Tramp arasında əlaqə yenidən qurulacaq və ya hansısa səviyyədə mövcud olacaq. Bu, faktdır, amma amerikalıların Ukrayna məsələsindən geri çəkiləcəyi ilə bağlı deyilənlər yanlışdır. Onlar Ukraynanın dövlət bütövlüyünü saxlamaq istəyirlər, biz isə Ukraynanın bir dövlət kimi mövcudluğunu dayandırmağa daha çox meyilliyik".

Ukraynanın gələcək taleyinə gəldikdə Tarasov deyib ki, heç nə olmayacaq: "1991-ci ildən filan ilə qədər mövcud olan ensiklopediyada “Ukrayna” adı qalacaq, bir az da tarixi məlumat, bu qədər".

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.01885199546814