• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Putinin yenidən dizayn etdiyi Qlobal Cənubda Rusiyaya münasibət açıqlandı - SENSASİON SORĞU



Rusiya Prezidenti Vladimir Putinin anti-Qərb ritorikası və Qlobal Cənub ölkələrinə birlikdə “çoxqütblü” dünya qurmaq çağırışı Kremlin “dost” adlandırdığı ölkələrin sakinləri arasında həvəs oyatmayıb.

"Ölkə.az" xəbər verir ki, bu, Pew Araşdırma Mərkəzinin keçirdiyi sorğuda üzə çıxıb.

Sorğunun nəticələri göstərir ki, Latın Amerikası ölkələrində, eləcə də Rusiyanın əsas ticarət tərəfdaşları - Hindistan və Türkiyədə vətəndaşların Rusiya Prezidentinə inam səviyyəsi çoxillik minimuma enib.

Kremlin “strateji tərəfdaş” adlandırdığı Hindistanda vətəndaşların 39 faizi Putinin beynəlxalq məsələlərdə düzgün iş görməyə qadir olduğuna inanır. Rusiya prezidentinin etimad reytinqi əvvəlki sorğudan sonra 3 faiz bəndi aşağı düşüb və onun hazırkı səviyyəsi 2017-ci ildən bəri ən aşağı göstəricidir.

Türkiyədə Putinə inam səviyyəsi də 7 illik minimuma düşüb. Türkiyə vətəndaşlarının yalnız 29 faizi Putini beynəlxalq məsələlərdə etibarlı hesab edib.

Putinin Latın Amerikasında Simon Bolivarın ənənələrini xatırlayaraq Qərbin “müstəmləkəçiliyi” ilə mübarizə aparmağa çağırışı tam bir PR fəlakətinə məruz qalıb. Braziliya və Çilidə Putinə etimad səviyyəsi 2007-ci ildən bəri ən aşağı səviyyəyə düşüb - müvafiq olaraq 10 faiz və 12 faiz. Kolumbiyada respondentlərin 18 faizi Rusiya prezidentinə güvəndiyini bildirib ki, bu da son 10 ilin ən pis nəticəsidir. Meksikada Putinin reytinqi il ərzində 1 faiz bəndi azalaraq 24 faizə düşüb ki, bu da 2018-ci ildən bəri ən pis nəticədir.

Pew-un sorğu ilə əhatə etdiyi Qlobal Cənubdakı 20 ölkədən yalnız ikisində vətəndaşların yarıdan çoxu qlobal məsələlərdə Putinə güvəndiyini bildirib: Malayziya (61 faiz) və Filippin (59 faiz). Rusiya prezidenti Banqladeş (50 faiz) və Keniyada da (47 faiz) nisbətən yüksək nəticə əldə edib.

Putinin “strateji tərəfdaş” adlandırdığı Cənubi Afrikada Rusiya prezidentinə etimad səviyyəsi ardıcıl ikinci ildir ki, 2014-cü ildən bəri ən aşağı həddə – 30 faizdə qalır. Digər Afrika ölkəsi Qanada isə Pew sorğusunun nəticələrinə görə, Putinin reytinqi 33 faizə enib.

Ümumilikdə, tədqiqatın aparıldığı 35 ölkədə əhalinin 65 faizi Rusiyanı mənfi, 28 faizi isə müsbət qiymətləndirir. Putinə münasibət bütövlükdə ölkəyə münasibətdən bir qədər pisdir: 73 faiz onun beynəlxalq məsələlərdə düzgün hərəkət edə bildiyinə inanmır, 21 faiz isə ona güvənir.(Musavat.com)

ƏN ÇOX OXUNANLAR

0.032158136367798