• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bayden bu dəfə Zelenskini Putinlə səhv saldı - VİDEO



ABŞ prezidenti Co Bayden NATO-nun Vaşinqtonda keçirilən sammitində çıxışı zamanı yenə də öz qeyri-adi hərəkələri ilə yadda qalıb.

Ölkə.Az xəbər verir ki, Bayden bu dəfə çıxışı zamanı Ukrayna ilə Rusiya prezidentlərini səhv salıb:

“İndi sözü  cəsarəti olduğu qədər də qətiyyətli olan Ukrayna prezidentinə vermək istəyirəm. Xanımlar və cənablar, prezident Putin”, - Bayden bildirib.
O, səhvini tez anlayaraq çıxışına düzəliş edib: “Prezident Putin? O (Zelenski nəzərdə tutulur-red) prezident Putini məğlub edəcək. Mən prezident Putini məğlub etməyə o qədər diqqət yetirmişəm ki, bundan narahat olmalıyıq”.

Baydenin yaxınlığında  dayanan zelenski də zarafatından geri qalmayaraq deyib: "Mən yaxşıyam". Bayden isə buna cavab olarq deyib:  "Sən lap əlasan".
Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.016528844833374