Macarıstanın baş naziri Viktor Orban Floridada ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşərək Ukraynada sülhə nail olmağın yollarını müzakirə ediblər.
Ölkə.az xəbər verir ki, görüş NATO-nun Vaşinqtonda keçirilən sammitindən bir gün sonra baş tutub.
“Prezident Donald Trampı Mar-a-Laqoda ziyarət etmək şərəf idi. Biz sülhü bərqərar etməyin yollarını müzakirə etdik. Günün xoş xəbəri: o bu problemi həll edəcək”, – Orban X (tviter) şəbəkəsindəki hesabında yazıb.
Donald Tramp da öz növbəsində Viktor Orbanla görüşü barədə özünün "Truth Social" sosial şəbəkəsində yazıb: “Təşəkkür edirəm, Viktor. Sülh tezliklə gəlməlidir”.
Mürtəza
Ölkə.Az