• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ADY tələbləri pozduğu üçün 246 min manat cərimələndi



İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azərbaycan Dəmir Yolları" QSC barəsində işə baxılmanı yekunlaşdırıb.

"Ölkə.Az" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurum rəqabət mühitinin qorunması, hökmran mövqedən sui-istifadə və inhisarçı davranışlarla mübarizə tədbirləri çərçivəsində müxtəlif bazarlarda rəqabət qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirir. Bu xüsusda təsərrüfat subyektlərindən daxil olan şikayətlər əsasında Dövlət Xidməti ekspeditor xidmətləri və konteyner daşımaları bazarında təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması və onlara qarşı dempinqin tətbiqi üçün şərait yaradılması, müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi, kontragentə (qarşı tərəf) sərfəli olmayan müqavilə şərtlərinin məcburi qəbul etdirilməsi, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan üfüqi və şaquli sazişlərin bağlanması, rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması əlamətləri ilə bağlı araşdırmalar aparıb. Nəticədə, "Azərbaycan Dəmir Yolları" barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İşə baxılma zamanı müvafiq sahədə təbii inhisar subyekti olan səhmdar cəmiyyətinin müvafiq bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin yüklərin daşınması ilə bağlı verdiyi sifarişlərdən əsassız olaraq imtina etdiyi, tabeliyində olan təsərrüfat subyektinə yüklərin daşınması ilə bağlı dempinqin tətbiqi üçün şərait yaratdığı və infrastrukturdan istifadə ilə bağlı xüsusi güzəştlər tətbiq etdiyi aşkarlanıb. Qeyd edilən inhisarçı davranışlar nəticəsində bazarda fəaliyyət göstərən digər təsərrüfat subyektlərinin fəaliyyət və rəqabət imkanlarının məhdudlaşdırıldığı, təbii inhisar subyektinin tabeliyində olan törəmə müəssisələrinə birtərəfli rəqabət üstünlüklərinin qazandırıldığı müəyyənləşdirilib.

“Antiinhisar fəaliyyəti haqqında” qanunun tələblərinin pozulduğu əsas götürülərək “Azərbaycan Dəmir Yolları”na 24 iyun 2024-cü il tarixində 246 241 manat maliyyə sanksiyası tətbiq olunub və müvafiq bazarda sahə inhisarçılığı hallarının aradan qaldırılması məqsədilə bir sıra icrası məcburi göstərişlər verilib.

Hazırda təbii inhisar subyektlərinin fəaliyyətinin əsasları 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir.

ƏN ÇOX OXUNANLAR

  • 10
"Neftçi" qalib gəldi
0.93100595474243