Müğənni Cennifer Lopes və aktyor Ben Afflek evlərini 68 milyon dollara satmaq qərarına gəliblər.
Qaynarinfo xəbər verir ik, bu barədə "Daily Mail" məlumat yayıb.
Məlumata görə, keçmiş sevgililər ümumi evlərini 68 milyon dollara satırlar. Ben Afflek keçmiş həyat yoldaşı Cennifer Qarnerin yanına köçüb və Cennifer Lopes onu əmlakına və topladığı vəsaitə görə məhkəməyə vermək niyyətindədir.
May ayında Cennifer Lopes və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair şayiələr ortaya çıxıb. Bildirilib ki, aktyor malikanələrindən çıxıb kirayə evə köçüb. Eyni zamanda, qeyd edilib ki, onların ixtilafında sənətçinin heç bir günahı yoxdur. Daha sonra məlumat ortaya çıxıb ki, Ben Afflek Cennifer Lopesin iş qrafikindən razı deyil. İddialara görə, aktyor hətta həyat yoldaşının işçiləri ilə dalaşıb.
Bir müddət əvvəl Cennifer Lopes və Ben Afflekin keçən il 60 milyon dollara aldıqları malikanələrini satmaq üçün rieltor tutduqları bildirilib. Həmin vaxgt məşhurların mülk üçün təxminən 65 milyon dollar tələb edəcəyi deyilirdi.