• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Polşa Krım tatarlarının deportasiyasını soyqırımı kimi tanıdı



Polşa Seymi 1944-cü il mayın 18-də baş vermiş və çox sayda Krım tatarının ölümünə səbəb olmuş hadisələrin soyqırımı kimi tanınmasını əks etdirən qətnamə qəbul edib.

"Ölkə.az" xəbər verir ki, 414 deputatın dəstəklədiyi, 16 nəfərin əleyhinə səs verdiyi sənəddə Krım tatarlarının ölkənin tarixində rolu qeyd edilib.

Qətnamədə o da qeyd olunub ki, 1944-cü il mayın 18-də SSRİ Krım yarımadasına ordu yeridərək Krım tatarlarının ərazidən kütləvi deportasiyasına başlayıb. Üç gün ərzində aralarında qadınlar və uşaqlar da olan 200 min nəfər Mərkəzi Asiya və Sibirə sürgün edilib.


Onlardan 8000 nəfəri ağır şərtlərə dözməyərək yolda, 45 min nəfər isə sürgün həyatı yaşadığı müddətdə həlak olub. Yeni sənəddə sürgün prosesindən sonra Krımda tatar xalqına aid olan maddi-mədəniyyət nümunələrinin məhv edildiyi, bu addımların SSRİ-nin etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu da vurğulanıb.

ƏN ÇOX OXUNANLAR

0.02137303352356