Pentaqon rəhbəri Lloyd Ostin və Rusiya müdafiə naziri Andrey Belousov arasında telefon danışığı baş tutub.
"Ölkə.az" xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi Sabrina Sinqx deyib.
O, söhbətin Rusiya tərəfinin təşəbbüsü ilə baş tutduğunu açıqlayıb.
Söhbət zamanı Ostin kommunikasiya xətlərinin açıq saxlanmasının vacibliyini vurğulayıb.
Sinqx söhbətin təfərrüatı barədə əlavə açıqlama verməyib.