Türkiyə NATO-nun üzvü ola bilməz və Prezident Rəcəb Tayyib Ərdoğan Şimali Atlantika Alyansı ilə yəhudi dövləti arasında əməkdaşlıq məsələlərini həll etməməlidir.
"Ölkə.az" xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrail Katz X səhifəsində yazıb.
Qeyd edək ki, Ərdoğan bir müddət əvvəl Vaşinqtonda Şimali Atlantika Alyansının sammitində iştirakından sonra keçirdiyi mətbuat konfransında bildirmişdi ki, alyans daxilində NATO və İsrail əməkdaşlığı ilə bağlı müəyyən danışıqlar aparılır və bu, Türkiyə tərəfinin təsdiqini almayacaq.