Bu il keçiriləcək Yay Olimpiya Oyunları ilk dəfə olaraq 40 ildən sonra Rusiyada yayımlanmayacaq.
"Ölkə.az" xəbər verir ki, sonuncu dəfə SSRİ 1984-cü ildə Los-Ancelesdə keçirilən oyunları boykot etdiyi zaman Rusiyada Olimpiya Oyunları göstərilməmişdi.
Qeyd edək ki, bu il Yay Olimpiya Oyunları Fransada keçiriləcək.