“Belarus bu ölkədə yaşayan polyakların etirazlarını alovlandıraraq, vəziyətdən istifadə edib Baltikyanı dövlətlərə qarşı müharibəyə başlaya bilər”.
"Ölkə.az" xəbər verir ki, bu iddia ilə “Bild” telekanalının efirində Avstriyalı politoloq Qustav Qressel çıxış edib.
O bildirib ki, adı çəkilən ölkələrin 7 il əvvəl keçirdiyi “Qərb-2017” təlimləri antiterror və ya müdafiə xarakterli olmayıb, məhz bu ssenariyə hazırlıq xarakteri daşıyıb.
Ekspertin sözlərinə görə, başlanması ehtimalı yüksək olan bu müharibəyə sonradan Rusiya da qoşulacaq.
Q. Qressel sonda 2000-сil, yanvarın 26-da Rusiya və Belarus arasında İttifaq dövləti haqqında müqavilənin imzalandığını da xatırladıb.(APA)