Fransa Rusiya ilə müharibə vəziyyətinə düşmədən Ukraynaya dəstəyini davam etdirəcək.
"Ölkə.az" xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Biz eskalasiyaya can atmadan və Rusiya ilə müharibə vəziyyətinə düşmədən Ukraynanı dəstəkləməyə və öhdəliklərimizi yerinə yetirməyə davam edəcəyik. Fransa ordusu güc balansının nə qədər vacib olduğunu bilir, ona görə də Rusiyanın müharibədə qalib gəlməsinə imkan verməmək lazımdır”, - prezident bildirib.