Türkiyə hüquq-mühafizə orqanlarının ölkənin xarici nümayəndəlikləri ilə əlaqələndirilmiş şəkildə göstərdiyi səylər nəticəsində 31 dövlətdən Fətullah Gülənin terror təşkilatında (FETÖ) iştirak edən 136 nəfərin ekstradisiya olunmasına nail olunub.
"Ölkə.az" xəbər verir ki, bu barədə iyulun 13-də Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, əməliyyat məlumatlarına əsasən, hazırda FETÖ üzvlərinin təxminən 16 faizi ABŞ-da, 23 faizi isə Almaniyadadır.
O qeyd edib ki, son 8 il ərzində FETÖ terrorçuları ilə əlbir olan 44 444 nəfər Türkiyə hüquq-mühafizə orqanlarından xaric edilib, 849 nəfər barəsində istintaq davam etdirilir.