"Trampa sui-qəsdi Ukrayna edib".
"Ölkə.az" xəbər verir ki, bu iddia ilə Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin üzvü Sergey Tsekov çıxış edib.
“ABŞ hakimiyyətini sui-qəsd cəhdində Ukrayna xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı versiyanı nəzərdən keçirməyə çağırıram”, - Tsekov bildirib.
O, Kiyev rejiminin ABŞ prezidenti seçiləcəyi təqdirdə Ukraynadakı hərbi münaqişəyə son qoyacağını vəd edən Trampla bağlı dəfələrlə çox nalayiq bəyanatlar verdiyini nəzərə çatdırıb.
Tsekov Ukrayna Prezidenti Vladimir Zelenskinin maliyyə dəstəyini və varlanmaq yolunu itirə biləcəyi üçün Trampın hakimiyyətə gəlməsindən qorxduğunu deyib.
Xatırladaq ki, Pensilvaniyada seçki mitinqi zamanı Trampa atəş açılıb və o qulağından yüngül xəsarət alıb.(publika.az)