• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Türkiyədə son 53 ilin ən isti iyun ayı qeydə alındı



Bu il Türkiyədə orta temperatur göstəricisinə görə son 53 ilin ən isti iyun ayı qeydə alınıb.

Bu barədə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Hidrometeorologiya Baş İdarəsindən bildirilib.

Məlumata əsasən, iyun ayında ölkədə havanın ən aşağı temperaturu Ərzurumda (1,6), ən yüksək temperaturu isə Şanlıurfanın Ceylanpınar (47,8) rayonunda qeydə alınıb.

Xatırladaq ki, iyunda orta aylıq temperatur 21,8 dərəcədir. 1991 - 2020-ci illəri əhatə edən temperatur bu il 3,6 dərəcə yüksələrək 25,4 dərəcəyə çatıb.

ƏN ÇOX OXUNANLAR

0.10689401626587