ABŞ-ın sabiq prezidenti və 2024-cü il seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp vitse-prezidentliyə namizədini bu gün açıqlayacağına söz verib.
APA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Nəşrin müxbiri Bret Baierin sözlərinə görə, Tramp telefon danışığı zamanı partiyanın Miluoki şəhərində keçiriləcək qurultayında vitse-prezidentliyə namizədini elan edəcəyini təsdiqləyib.