Şimali Koreya Cənubi Koreyanın “anti-Pxenyan bukletləri” göndərməsinə reaksiya verib.
Publika.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Bildirilir ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq Cənubi Koreyanı həyata keçirdiyi “çirkli oyun”a görə tənqid edib. O, ölkəni sərhədin şimalına “Pxenyan administrasiyasını tənqid edən bukletlər” göndərməkdə ittiham edib.
"Cənubi Koreya çirkli oyunları üçün böyük bir bədəl ödəməyə hazır olmalıdır", - Yo-jonq bildirib.
Qeyd edək ki, Cənubi Koreyada üzvləri şimaldan qaçqın olan qruplar sərhəddən keçərək Şimali Koreyaya Pxenyanı tənqid edən məzmunu olan nəhəng helium dolu şarlar göndərirlər.