• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bütün dünya 42 qadını qətlə yetirən bu şəxsdən danışır - FOTO



Keniyanın paytaxtı Nayrobidə zibillik kimi istifadə edilən köhnə karxanada parçalanmış qadın cəsədləri tapıldıqdan sonra bir nəfər saxlanılıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, saxlanılan şəxsin 33 yaşlı Kollins Cumaisi olduğu bildirilib. O, dindirilmə zamanı həyat yoldaşı da daxil olmaqla ümumilikdə 42 qadını öldürdüyünü etiraf edib.

Hələlik öldürülən qadınlardan yalnız 9-nun cəsədi aşkarlanıb.

Polis Mukuru rayonunda yaşayan silsilə qətllər törədən şəxsin qadınları aldadaraq tələyə saldığını və öldürdükdən sonra qalıqlarının daş karxanasına atdığını bildirib. 

Qatilin həyat yoldaşını 2022-ci ildə öldürdüyü açıqlanıb. Məlumata görə, o sonuncu dəfə bu ilin 11 iyulunda qətl törədib.

Cumaisinin evində aparılan axtarışlar zamanı çoxlu mobil telefonlar, şəxsiyyət vəsiqəsi, rezin əlcəklər, qadın paltarları, lentlər və onlarla neylon kisələr tapılıb.

Qətlə yetirilən qadınların yaşlarının 18-30 arasında olduğu və hamısının eyni şəkildə öldürüldüyü bildirilib.

Qeyd edilib ki, cəsədlərin şəxsiyyətinin müəyyən edilməsi üçün DNT testləri aparılacaq.

Dindirilməsi davam edən Kollins Cumaisi sabah məhkəmə qarşısına çıxacaq.

Billurə

ƏN ÇOX OXUNANLAR

0.048098087310791