• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov rəhbərlik etdiyi dövlət orqanını bazar qanunları ilə idarə edir?



Bakı şəhəri, Nərimanov rayonundakı İbrahimpaşa Dadaşov küçəsindəki 48 va 50 saylı binalarda yaşayan çoxsaylı sakinləri redaksiyamıza müraciət edərək, "Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov rəhbərlik etdiyi dövlət orqanından şikayətçidirlər.

Nərimanov rayonundakı İbrahimpaşa Dadaşov küçəsindəki 48 va 50 saylı binalarda yaşayan çoxsaylı sakinləri şikayət məktublarında bildirirlər ki, "Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov rəhbərlik etdiyi dövlət orqanını bazar qanunları ilə idarə edir və məmur zorakılığı, haqsızlığı sosial gərginlik yaradır, ölkəni məhvə sürükləyir.

"O, artıq Prezidentin ünvanına göndərilən müraciətlərə də əhəmiyyət vermir. Onun "Azərişıq” ASC-nin sədri işləməsi dövlətçiliyimizə, yalnız istehzadır!"

Məlumat üçün geniş oxucu kütləsinin nəzərinə çatdırırıq ki, "Azərişıq” ASC-nin sadri Vüqar Əhmədovla Bakı şəhəri, Nərimanov rayonundakı İbrahimpaşa Dadaşov küçəsindəki 48 va 50 saylı binalarda yaşayan çoxsaylı sakinlər va fəaliyyatina xitam verilmiş "Kənan” MTK-nın bazasında yaradılmış "Nərimanov 13” MMMC arasında neçə müddətdir ki, qarşıdurma yaşanmaqdadır.

Qeyd etmək yerinə düşər ki, bu probem "Azərişıq” ASC ilə 20 ildən artıqdır davam edir.

Nərimanov rayonundakı İbrahimpaşa Dadaşov küçəsindəki 48 va 50 saylı binalarda yaşayan çoxsaylı sakinləri şikayət məktublarında onu da bildirirlər ki, bir vaxtlar "Kənan” MTK -nın öz vəsaiti hesabına alıb quraşdırdığı 2 ədəd 630 kilovoltluq transformator məntəqasindən öz əmlakı kimi istifadə edərək, İbrahimpaşa Dadaşov küçəsindəki 48 va 50 saylı binalarda yaşayan çoxsaylı sakinlərdən enerji pulu yığır:

"Lakin xeyirxahlıq nümunəsi göstərib deyəndə ki, qeyd edilən transformatorları heç bir təmənna olmadan balansına qabul et və texniki qulluğ göstər, elə bu anda Vüqar Əhmədovun qan təzyiqi qalxır. Çünki, bu təmənnasız təklif onun standartlarına, xüsusan da mənafeyinə uyğun deyil.

İbrahimpaşa Dadaşov küçəsindəki 48 va 50 saylı binalarda yaşayan çoxsaylı sakinləri və "Nərimanov 13” MMMC yaranmış əsassız münaqişəni dinc yolla aradan qaldırmaq məqsədilə ölkə başçısına müraciət etməli olmuşdur. Hətta Prezident Administrasiyasından əlaqə telefonlarına zəng edib, problemin xüsusi nəzarətə götürüldüyünü də bildirmişlər.

"Azərişıq"dan isə adının çəkilməsini istəməyən mənbə bildirmişdir ki, əvvəllər Vüqar Əhmədov şikayətçiləri vaxtında qəbul edib, dindirirdi, hadisə yerlərinə gedirdi, xalqın səsina səs, harayına haray verirdi. İndi isə o, Prezident  Administrasiyasından daxil olan ərizə, şikayətlərə da məhəl qoymur. Əgər o, Prezidentin təyinatı ilə dövlət orqanın otağındakı kreslosunda oturub onun ünvanına daxil olan ərizələrə, mürəciətlərə əhəmiyyət vermirsə, deməli onun vaxtı tamam olub, vəzifəsinə əlvida deməlidir!

Çoxsayll (930 nəfər) sakinin səsini eşitməmək, təmənnasız, xeyirxah təklifə sağ ol demək əvəzinə sakinlərlə hədə dilində danışmaq va ya xeyirxah təklifə gülünc doğuran maktub yazıb göndərmək ən azından təəccüb təsiri bəxş edir.

Fikirləşirsən ki, necə olur ki, ölka başçısı sadəlik nümunəsi göstərib efir məkanlarında özünü xalqın xidmətçisi elan edir, lakin onun sərancamı ila vəzifəyə təyin edilən Vüqar Əhmədov insanlara həqaratlə baxır, insanları təqib edir, süründürür, insanlara cəhənnəm azabı verir.

Bir də baxırsan ki, yoxsulluq ucbatından enerji pulunu bir neçə gün ləngidən abonentin xəbərdarlıq edilmədan işq tachizatı dayandırılır, vətəndaşa soyuducusunda iylənən ərzaq mahsullarına görə xeyli ziyan dəyir. Halbuki məhkəmənin qararı olmadan vətəndaşın işıq, su va qaz təchizatının dayandırılması yolverilmaz hesab edilir,

Həla bu azmış kimi Vüqar Əhmədov İbrahimpaşa Dadaşov küçəsindəki 48 va 50 saylı binalarda yaşayan çoxsaylı sakinlərinə hədə xarakterli sifarişlər göndərir, vurğulayır ki, həyətda mövcud olan nasosxananın enerji tachizatı dayandırılacaq, sakinlər susuz qalacaq, liftlərin işığı söndürüləcək.

Bir sözlə sakinlərə mənəvi işgəncələr veriləcək ki, mənim kim olduğumu, hansı səlahiyyətlərim olduğunu bilsinlər.

Sakinlər cavab verirlər: Vüqar Əhmədov, vəzifə səlahiyyətlərinizdən sui-istifadə edərək deyilənləri edə bilərsiz. Lakin unutmayın ki, bu sosialpartlayışa səbəb ola bilar, buna göra cavab verməli olarsınız.

Əziz oxucular, xatırlatmaq istəyirik ki, bu gün bəyənmədiyimiz keçmiş Sovetlar dövründa vəzifəyə götürülmesi nəzərdə tutulan kadrlar ətrafında aylarla araşdırmalar aparılardı, ən yaxşların yaxşsı vəzifələrə təyin edilirdi və Vətəninə, xalqına namusla xidmət edirdilar.

İndi isə kadrın anket göstəriciləri əsas götürülərək, tələm-tələsik vəzifələrə tayin edilir.

Son nəticədə kadr etimadı doğrultmur, uğursuz seçilmiş kadr da xalqın nifrətini qazanır,

Qoy heç kim düşünməsin ki, sadalanan faktlarla ölka başçısının kadr siyasətina kölga salırıq. əsla yox, ölka başçımız İlham Əliyev çox savadlı ölkə rəhbəri, uzaqgörən müdrik siyasətçi və ağıllı, zəngin təcrübəli diplomatdır. Onu bu gün əvəz edan lider yoxdur, heç qarşdakı onilliklərdə də olmayacaq.

Bir daha əsas mövzuya qayıdırıq va Vüqar Əhmədova ucadan səslənirik:

Cənab sədr, inadkarlıq etməyin, transformatorları Sizə təmənnasız pay veririk, özünüzü xalqa qarşı qoymayın, nəzərdə tutub planlaşdırdığımız tədbirlərimizi aram-aram həyata keçirməyə başlasaq uduzan Siz olacaqsınız, inadkarlığınız vəzifənizin başını yeyəcək, vəzifənizi itirəcəksiniz.

Bir daha mövcud vəziyyəti götür-qoy edin, düşünün va heç zaman unutmayın ki, rəhbərlik etdiyiniz "Azərişıq” ASC Sizin şaxsi obyektiniz deyil, dövlat orqanıdır, xalqa xidmət edir.

Vüqar Əhmədov, ən sonda üzümüzü sizə tutub bir daha tələb edirik:

Siz iki yol ayrıcındasınız: ya neçə illərdir öz əmlakınız kimi istifadə etdiyiniz 2 ədəd transformator məntəqəsini balansınıza götürməlisiniz, ya da məhkəmə qərarı ilə neça illərin yığılıb qalmış icarə haqqını ödəməlisiniz! Fikirləşin...

Vüqar Əhmədov barəsində əlda etdiyimiz daha sart va ciddi faktlara söykənən silsilə yazılarımız Vüqar Əhmədov yanlış əməllərini islah edənə qədər davam edacak, nüfuzlu saytlarda içtimailləşdiriləcək və haırlanmış vieo sujetlər televiziya kanallarında səsləndiriləcəkdir."

Səmimi hörmətlə:

İbrahimpaşa Dadaşov küçəsindəki 48 va 50 saylı binalarda yaşayan çoxsaylı sakinləri (930 nəfər) və həyətin nüfuzlu ağsaqqalları:

  1. Tahir Qədəşov
  2. Tofiq İsmayllov
  3. Səməd Əşrəfov 
  4. Məmmad Məmmədov
  5. Vaqif Məmmədov
  6. Nurbala İskəndərov
  7. İsmayıl İsmayılov
  8. Vaqif Məmmədov
  9. Azad İsmayılov
  10. Telman Bakirov
  11. Hidayət Cabbarov
  12. Rafiq Səfərov
  13. Şamxal Ağaşirinov
  14. Qılman İsmayılov
  15. İlham Şıxseyidov
  16. Faiq Əlibalayev
  17. Xalyəddin Orucov  
  18. Abuzar Abbasov 


P.S. Nərimanov rayonundakı İbrahimpaşa Dadaşov küçəsindəki 48 va 50 saylı binalarda yaşayan çoxsaylı sakinləri şikayəti ilə "Azərişıq” ASC-nin mətbuat xidmətilə əlaqə saxlamağa çalışsaq da bu mümkün olmadı. Qarşı tərəf kimi "Azərişıq” ASC-nin səlahiyyətli nümayəndələrinində münasibətin dərc etməyə hazırıq.

MillətinSəsi.İnfo
müxbiri Azər Mətin

ƏN ÇOX OXUNANLAR

0.096506118774414