Qızıl qiymətləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin açıqlamalarından sonra yüksəlib.
"Ölkə.Az"ın məlumatına görə, qızılın bir unsiyası 0,26 faiz bahalaşaraq 2 429 dollara satılıb.
Belə ki, FED sədri Cerom Pauell dünən ABŞ-də ikinci rübdə açıqlanan inflyasiya rəqəmlərinin hədəflənən 2 faiz səviyyəsinə davamlı şəkildə düşdüyünə dair inamının artırdığını söylədi. Bu da uçot faiz dərəcəsinin endiriləcəyi ilə bağlı gözləntiləri artırıb.
Bazar FED-in sentyabr ayında faiz dərəcələrini 0,25 bənd endirəcəyini düşünür.
Könül
Ölkə.Az