• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bu ölkədə silahlı hücum bütün dünyanı şoka saldı - FOTO



Omanın paytaxtı Maskatda məscid yaxınlığında silahlı hücum nəticəsində 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə şəhərin şərq hissəsində yerləşən İmam Əli məscidinin ətrafında baş verib.

Regional münaqişələrdə tez-tez vasitəçi kimi çıxış edən Omanda belə hücumlar olduqca nadirdir. Hadisədən sonra təhlükəsizlik qüvvələri sürətlə hərəkətə keçərək lazımi tədbirləri gördüklərini açıqlayıb.
Hücumun əks-sədası beynəlxalq səviyyədə də hiss olunub. ABŞ-nin Maskatdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı edib və çərşənbə axşamına planlaşdırılan bütün viza görüşlərini ləğv edib. Səfirlik ABŞ vətəndaşlarını ayıq-sayıq olmağa, yerli xəbərləri izləməyə və səlahiyyətlilərin göstərişlərinə əməl etməyə çağırıb.

Hadisə anının görüntüləri AFP tərəfindən təsdiqlənib. Bu görüntülərdə atəş səsləri eşidilir, məscidin minarəsi  və insanların panika içində qaçdığı görünür.

Oman polisi hadisənin təfərrüatlarını araşdırmaq üçün hərtərəfli araşdırmaya başladığını açıqlayıb.

Bu gözlənilməz hücum adətən sakit olan Omanı şoka salıb və bölgədəki təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.

Billurə

ƏN ÇOX OXUNANLAR

0.018760204315186