• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Pxenyanın yüksəkrütbəli diplomatı Seula qaçdı



Kubada məskunlaşan Şimali Koreya diplomatı keçən ilin noyabrında Cənubi Koreyaya qaçıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Chosun Daily" məlumat yayıb.

Yüksəkrütbəli Li İlqyu Seulla Havana arasında diplomatik münasibətlərin qurulmasından bir qədər əvvəl qaçıb.

Şimali Koreya diplomatı Li İlqyu 2019-cu ildən Pxenyanın Kubadakı səfirliyində siyasi məsələlərə cavabdehdir, onun vəzifəsi Cənubi Koreya ilə Kuba arasında diplomatik münasibətlərin qurulmasının qarşısını almaq idi.

Li noyabrın əvvəlində həyat yoldaşı və uşaqları ilə birlikdə Cənubi Koreyaya qaçıb və 2016-cı ildən bəri Şimali Koreyanın ölkədən qaçan ən yüksəkrütbəli şəxsi olub.

ƏN ÇOX OXUNANLAR

0.021384000778198