Moskvanın şimalında şaurmadan zəhərlənmə baş verib.
Medicina.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin “Telegram” kanalında məlumat verilib.
Məlumata görə, zəhərlənənlərin sayı 17 nəfərə çatıb.
"Müraciət edənlərə ilkin olaraq salmonella diaqnozu qoyulub", - məlumatda qeyd edilir.
Dmitrovskoye şossesində yerləşən üç fast-food məntəqəsində araşdırmalar aparılır.
Mütəxəssislər bütün lazımi sənədləri araşdırır, aşkar edilmiş ərzaq məhsullarını müsadirə edirlər.