"Rusiya bu gün NATO-nun təhlükəsizliyinə ən böyük və birbaşa təhdiddir. Onun Ukraynadakı münaqişədə qələbəsi böyük müharibənin başlanmasına səbəb ola bilər".
Ölkə.Az xəbər verir ki, Polşa prezidenti Anjey Duda bunu "Wirtualna Polska"ya müsahibəsində deyib .
“Ukraynanın uduzmasına imkan versək, Rusiya ilə Qərb arasında potensial müharibə çox yaxın olacaq. Əgər Rusiya imperializminə qarşı müqavimət göstərməsək və Putinin qəddar bıçağı qalacaqsa, bu acgöz rus canavarı təkrar-təkrar hücum etmək istəyəcək”, - Duda bildirib.
Onun sözlərinə görə, NATO bu gün münaqişənin başlamasına qədər günləri saymamalıdır, əksinə ona hazırlaşmalıdır.
Onin fikrincə, NATO sülh istəyirsə, o zaman müharibəyə hazırlaşmalıdır. "Alyans o qədər güclü olmalıdır ki, ona hücum etmək faydasız olsun”, - Duda bildirib.
Mürtəza
Ölkə.Az