• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qızıl qiymətində yeni REKORD



Qızıl qiymətləri ABŞ Federal Ehtiyat Sistemi (FED) rəsmilərinin açıqlamalarından sonra tarixi zirvəyə yüksəlib.

"Ölkə.Az"ın məlumatına görə, qızılın bir unsiyasının dəyəri 0,3% artaraq 2 475 dollara yüksəlib.

FED İdarə Heyətinin üzvü Adriana Kuqler inflyasiya mülayim kursunu davam etdirəcəyi təqdirdə bu ilin sonunda faiz dərəcələrinin aşağı salınmasının məqsədəuyğun olacağını deyib. Qurumun sədri Cerom Pauell isə inflyasiya məlumatlarının istehlak qiymətlərinin idarə olunduğuna inamı bir qədər artırdığını söyləyib. Bunlar isə bazarda uçot faiz dərəcələrinin endiriləcəyi ilə bağlı gözləntiləri artırıb.

Açıqlamalardan sonra 10 illik xəzinə istiqrazlarının faizləri dörd ayın ən aşağı səviyyəsinə düşüb.

Sentyabrda faiz endiriminə gediləcəyi gözlənilməklə bərabər 2025-ci ilin yanvar ayının sonuna kimi daha iki faiz endiriminin olacağı düşünülür.

Könül
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 10
"Neftçi" qalib gəldi
0.066524982452393