2024-cü ilin ilk yarısında Azərbaycan 7 mlrd 12 mln 104 min ABŞ dolları dəyərində 11 mln 98 min 802 ton xam neft ixrac edib.
“Ölkə.Az”ın məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,1% və 13,4% azdır.
Xam neft ixrac olunan ölkələr siyahısında ilk üçlükdə İtalliya, İsrail, Hindistan yer alır.
İtaliyaya 2 mlrd 721 mln 314 min dollar dəyərində 4 mln 273 min 815 ton, İsrailə 989 mln 74 min dollar dəyərində 1 mln 583 min 279 ton, Hindistana 567 mln 775 min dollar dəyərində 891 min 896 ton xam neft ixrac olunub.
Könül
Ölkə.Az