• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Neft Fondu zərərdən mənfəətə keçib



Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ötən ili 8 milyard 103 milyon manat xalis mənfəətlə başa vurub.

“Ölkə.Az” xəbər verir ki, 2022-ci ildə Fond 5 milyard 240 milyon manat xalis zərər açıqlamışdı.

2023-cü ilin yekununda qurumun effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 176 milyon manat, istiqraz investisiyaları üzrə gəliri 3 milyard 45 milyon manat, səhm investisiyaları üzrə gəliri 3 milyard 480 milyon manat, qızıl külçə investisiyaları üzrə gəlirləri 1 milyard 373 milyon manat, məzənnə fərqi üzrə gəliri 109 milyon manat, investisiya mülkiyyətinin ədalətli dəyərlə yenidən qiymətləndirilməsi üzrə zərəri 25 milyon manat, icarə gəlirləri 40 milyon manat, sair əməliyyat gəlirləri 32 milyon manat, əməliyyat xərcləri 77 milyon manat, birgə müəssisələrin vergidən sonrakı maliyyə nəticələrində pay üzrə zərəri 47 milyon manat, mənfəət vergisi ödəmələri isə 3,5 milyon manat təşkil edib.

Neft Fondunun aktivləri illik müqayisədə 13,9% artaraq 95 milyard 771 milyon manat, öhdəlikləri 27,1% azalaraq 458 milyon manat olub. Balans kapitalı isə 14,2% artaraq 95 milyard 314 milyon manat təşkil edib.

ƏN ÇOX OXUNANLAR

  • 10
"Neftçi" qalib gəldi
0.046289920806885