Avropa İttifaqı, ABŞ, Çin və Türkiyə Ukraynadakı münaqişənin həllinə təsir göstərə bilər.
"Ölkə.az" xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.
“Hadisələrin inkişafına təsir edə biləcək üç qlobal oyunçu var: Aİ, ABŞ və Çin. Türkiyə isə 2022-ci ildə hərbi əməliyyatların başlanmasından sonra Ukrayna və Rusiya arasında yeganə uğurlu vasitəçi, mühüm regional oyunçu kimi nəzərə alınmalıdır”, - Orban vurğulayıb.