ABŞ-də prezidentliyə namizəd Donald Trampın qulağındakı sarğı yeni trend yaradıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, qulağından yaralanan Donald Tramp Viskonsin ştatında keçirilən Respublikaçılar Partiyasının Milli Konqresində sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Bir çox iştirakçı prezidentliyə namizəd Trampı dəstəkləmək üçün qulaqlarına sarğı taxaraq qurultayı izləyib.
Qeyd edək ki, 13 iyulda ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident D.Tramp Pensilvaniya ştatında keçirilən mitinqdə tribunadan tərəfdarları qarşısında çıxış edərkən silahla hücuma məruz qalıb. Sağ qulağından yaralanan Trampın səhhətinin yaxşı olduğu bildirilib.
Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb. ABŞ Məxfi Xidməti mitinq sahəsinin xaricindəki yüksək yerdən kürsüyə qədər dəfələrlə atəş açan hücumçunun zərərsizləşdirildiyini açıqlayıb.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) hücumu sui-qəsd cəhdi kimi qiymətləndirib. Araşdırmalardan sonra FTB sui-qəsdə cəhd edən və hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu açıqlayıb.
Billurə Yunus