Bayden ətrafında baş verənlər klassik saray çevrilişinə cəhddir.
Ölkə.Az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert Suren Sarkisyan deyib.
Onun sözlərinə görə, hakimiyyətin dəyişdirilməsi prosesində əsas şəxslərdən biri vitse-prezident Kamala Harris və Demokratik isteblişmentdir.
“Bayden yarışdan çıxmaq qərarına gəlsə, Demokratlar avqustun 19-da Harrisi əsas namizəd kimi irəli sürəcəklər. Baydeni ondan başqa heç kimin Trampı məğlub edə bilməyəcəyinə inandıran eyni insanlar indi onu istefaya və başqa namizədə yol açmağa çağırırlar. İnandıranlar arasında keçmiş prezident Obama, Nensi Pelosi, Çak Şumer, Adam Şiff və başqaları var.
Yeri gəlmişkən, Harrisin gəlişi ilə Trampın işi asanlaşmayacaq. Liberal qanadın Harrisin ətrafında birləşməsi güclü olacaq”, - ekspert qeyd edib.
Mürtəza
Ölkə.Az