• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Şahzadə ərini instaqramda boşadı - FOTO



Birləşmiş Ərəb Əmirliyinin vitse-prezidenti və baş naziri, Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun qızı Şeyxa Mehra ərindən boşandığını açıqlayıb.

Ölkə.Az xəbər verir ki, şahzadə ərindən boşanmasını instaqramda elan edib.

Şeyxa Mehra boşanmasını əri ilə birgə vaxt keçirə bilməməsi ilə əsaslandırıb:

“Əziz ərim, sən başqa işlərlə məşğul ikən mən də boşandığımızı elan edirəm. Səni boşayıram, səni boşayıram, səni boşayıram. Özünə yaxşı bax”, - deyə o yazıb.

Paylaşımdan sonra hər 2 tərəf bir-birini instaqramda izləmədən çıxarıb və birgə fotolarını silib.

Qeyd edək ki, ötən il təntənəli mərasimlə evlənən cütlüyün 2 ay əvvəl övladları dünyaya gəlmişdi.

Billurə Yunus

ƏN ÇOX OXUNANLAR

0.039115905761719