Amerikalı iş adamı, X, Tesla və SpaceX sosial şəbəkəsinin rəhbəri İlon Mask qlobal fasilədən sonra rəqiblərini ələ salıb.
Ölkə.az teleqraf.com-a istinadən bildirir ki, diqqətçəkən paylaşımları ilə gündəmə gələn Mask bu dəfə "Microsoft" şirkətini hədəfə alıb.
O bildirib ki, "Microsoft" korporasiyasının sistemlərində genişmiqyaslı problemlər fonunda X sosial şəbəkəsi normal fəaliyyət göstərir.
"Bu proqram hələ də işləyir?", - deyə o, sosial media hesabında yazıb.
İş adamı həmçinin X şəklində olan şəxsin sakitcə yan tərəfdə dincəldiyi, "Microsoft"u təmsil edən digərlərinin isə çılğın şəkildə irəli-geri qaçdığı bir şəkildə yerləşdirib.