• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İnternet istifadə pozğunluğunun 9 əlaməti



“Aparılan araşdırmalar göstərir ki, narsist insanlar feysbuk, instaqram, TikTok və buna bənzər sosial media platformalarına daha çox aludə olurlar”.

Ölkə.Az xəbər verir ki, bunu türkiyəli psixoloq Ecem Özcan Tatlıdil deyib. 

“Narsisist insanlar həyatlarının hər bir təfərrüatını dünyada hər şeydən daha vacib gördükləri üçün bu platformalarda özləri haqqında hər anı paylaşırlar”- o söyləyib.

Mütəxəssis internet istifadə pozğunluğunun 9 diaqnostik kriteriyasını aşağıdakı kimi sadalayıb:

1.    Beynin daim internetlə məşğul olması,
2.    İnternet olmadıqda məhrumiyyət duyğusunun ortaya çıxması,
3.    İnternetdə sərf olunan vaxta münasibətdə tolerantlığın inkişaf etdirilməsi,
4.    İnternetdə keçirilən vaxtı idarə edə bilməmək,
5.    Problemlərə baxmayaraq internetdən istifadə etməyə davam etmək,
6.    Əvvəlki maraqlarını, hobbilərini və ya İnternetdən kənar əyləncə fəaliyyətlərini itirmək,
7.    disforik əhval-ruhiyyəni aradan qaldırmaq və ya qarşısını almaq üçün internetdən istifadə etmək,
8.    İnternetdə daha çox qalmaq, ailə üzvləri və s. yalan danışmaq,
9.    İnternetdə daha çox vaxt keçirmək vacib əlaqələri, təhsili və ya iş imkanlarını əldən vermək deməkdir.

Billurə Yunus
 

ƏN ÇOX OXUNANLAR

0.096688032150269