• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

2024-cü il Ermənistan və Azərbaycan üçün sülh ili ola bilər - Şolts



2024-cü il Ermənistan və Azərbaycan üçün sülh ili ola bilər.

 Ölkə.Az xəbər verir ki, bunu  Almaniya kansleri Olaf Şolts Avropa Siyasi Birliyinin Londonda keçirilən 4-cü Zirvə toplantısından sonra keçirdiyi mətbuat konfransında  deyib .

“Mən burada bir çoxları ilə görüşüb müzakirələr aparmışam, amma Azərbaycan prezidenti cənab İlham Əliyev  və  Ermənistanın baş naziri  Paşinyanla  söhbət mənim üçün önəmli idi. Bu il bu region üçün son dərəcə əhəmiyyətlidir", - Şolts qeyd edib.

O qeyd edib ki, tərəflər bir-birinə qarşı effektiv və cəsarətli addımlar atmağa davam edərsə, 2024-cü il sülh ili ola bilər. 

Tərəflərə çağırış edən Almaniya kansleri bəyan edib ki, Avropa bütövlükdə Ermənistan və Azərbaycanı bir-biri ilə sülhün bərqərar olması yolunda dəstək verəcək və  bu iki qonşu ölkə arasında uzunmüddətli yaxşı əməkdaşlığı təmin edəcək.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.031030893325806