• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Xoşməramlı jest: Bakı İrəvanı COP29-a dəvət etdi



Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev məlumat verib.

Hikmət Hacıyev jurnalistlərə bildirib ki, İrəvana dəvət göndərilib.

Dəvət hələ də rəsmi diplomatik əlaqələri olmayan Bakı ilə İrəvan arasında onilliklərlə davam edən münaqişəyə son qoymaq məqsədi daşıyan sülh prosesi fonunda verilib.

"Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib. Biz rəsmi dəvət göndərmişik", - deyə Hacıyev bildirib.

O qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir.

Prezidentin köməkçisi bildirib ki, COP29 qlobal bir işdir və həlledici danışıqlar Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır.

"İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır", - Hacıyev bildirib.(oxu.az)

ƏN ÇOX OXUNANLAR

  • 10
"Neftçi" qalib gəldi
0.15559196472168