Şiə Ənsar Allah (Husi) hərəkatı İsrailin Yəmənin qərbindəki Hudeydə şəhərinə endirdiyi hava hücumlarına sərt cavab vəd edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı hərəkatın nümayəndəsi Məhəmməd Əbdüssəlama istinadla məlumat yayıb.
Hərəkatın nümayəndəsi İsrailin Hudeydəyə qarşı təcavüzünü hədsiz adlandırıb.
“Bizim onlarla qarşıdurmamız da heç bir sərhəd və "qırmızı xəttlər" olmadan açıq olacaq. Düşmənlə döyüşün heç bir qaydalarına əməl etməyəcəyik”, deyib.
Əbdüssəlam hərəkatın bütün məsuliyyətini daşımağa hazır olduğunu və öhdəsindən gəlməyə qadir olduğunu bildirib.
Onun sözlərinə görə, husilər heç bir eskalasiyadan qorxmur və ədalət naminə hərəkət edirlər.
Xatırladaq ki, iyulun 21-də İsrail Hərbi Hava Qüvvələri Yəməndə husilərin nəzarətində olan limana hücum edib. Yerli KİV-in məlumatına görə, Hudeydədə neft obyektlərinə və elektrik stansiyasına endirilən aviazərbələr nəticəsində onlarla insan yaralanıb.
Baş nazir Benyamin Netanyahu bildirib ki, əməliyyat bir gün əvvəl Husilərin Təl-Əvivə pilotsuz təyyarə hücumuna cavabdır.(Publika.az)