• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bayden Kamala Harrisin namizədliyini dəstəklədi



Seçki yarışından geri çəkilən ABŞ Prezidenti Cozef Bayden prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə o, "X" səhifəsindəki paylaşımında bildirib.

"2020-ci il seçkilərində partiyanın namizədi kimi ilk qərarım Kamala Harrisi vitse-prezident seçmək oldu. Bu, verdiyim ən yaxşı qərar idi. Bu gün partiyamızın namizədi olaraq onu tam dəstəklədiyimi bəyan edirəm. Demokratlar, birləşmək və Trampı məğlub etmək vaxtıdır", - paylaşımda deyilir.

 

 

ƏN ÇOX OXUNANLAR

0.02351188659668