Amerikalı sahibkar İlon Mask Ayda daimi əhalisi olan baza yaratmaq təklifi ilə çıxış edib.
"Ölkə.az" xəbər verir ki, o, bununla bağlı "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Biz daimi Ay bazası yaratmalıyıq", - iş adamı deyib.
Qeyd edək ki, Maskın "SpaceX" şirkəti Ay və Marsa insanlı uçuşlar edə biləcəyi gözlənilən Starship kosmik gəmisinin prototipini hazırlayır və sınaqdan keçirir.