• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Çin şirkəti Kiprdəki yarım milyardlıq layihədən çıxdı: Pulunu vermirlər...



Çinin CMC konsorsiumu Kiprin Vasilikos enerji mərkəzi yaxınlığında mayeləşdirilmiş təbii qaz (LNG) idxal terminalının tikintisindən çıxdığını elan edib.

"Ölkə.az" xəbər verir ki, Çin şirkəti bu addımını gördüyü işlərə görə Kipr hökumətindən nəzərdə tutulan ödənişləri ala bilməməsi ilə əsaslandırıb. Şirkət bəyan edib ki, heç bir podratçıdan kreditlə müddətsiz işləməyi gözləmək olmaz.

Kiprin energetika, ticarət və sənaye naziri Giorgos Papanastasiou “Politis” qəzetinə bildirib ki, Çin şirkəti tikintidən çıxsa da, layihə axıra çatdırılacaq. Onun sözlərinə görə, layihə Kipr üçün strateji əhəmiyyət daşıyır, çünki təbii qazın idxalı ənənəvi şəkildə elektrik enerjisi istehsalının maya dəyərini azaldacaq və nəticədə ölkədə enerji tariflərini aşağı salacaq. O, tikintinin başa çatdırılması variantları ilə bağlı təkliflərini Kipr prezidenti Nikos Xristodulidesə təqdim edəcəyini bildirib.

Qeyd edək ki, Vasilikosda LNG idxal terminalının təməli 2020-ci ildə Kiprin o zamankı prezidenti Nikos Anastasiades tərəfindən qoyulub. Layihənin ilkin büdcəsi 290 milyon avro idi, lakin Kipr Auditorlar Palatasının builki hesabatında qeyd edilir ki, tikinti gecikmələri və hökumət müqavilələrinin pozulması səbəbindən terminal artıq vergi ödəyicilərinə 542 milyon avroya başa gəlib.(Musavat.com)

ƏN ÇOX OXUNANLAR

0.023941993713379