• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rusiyada PUA "fırtınası" - Bir gecədə 47 PUA məhv edilib



Ötən gecə Ukrayna ordusu Rusiyaya PUA "fırtınası" yaşadıb.

Ölkə.Az Rusiya Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, ötən gecə ərzində hava hücumundan müdafiə sistemləri Rostov vilayəti üzərində 47 PUA-nın qarşısını alıb və məhv edib. 

Nazirliyin məlumatına görə, 8 PUA Krasnodar diyarı, Belqorod, Voronej və Smolensk vilayətlərinin hərəsinin üzərində bir, Qara dəniz və Azov dənizində isə 17 PUA vurulub.

Ukrayna ordusu tərəfindən göndərilən dronlardan biri Krasnodar diyarının Tuapse şəhərindəki neft emalı zavoduna düşüb və nəticədən yanğın baş verib.

Hadisə zamanı ölən olmasa da, elektrik enerjisinin verilişində problemlər yaranıb.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.020880937576294