Rusiya və İran gəmilərinin iştirakı ilə Xəzər dənizində xilasetmə əməliyyatlarının aparılması və dəniz təhlükəsizliyinin təmin edilməsi üzrə təlimlər başlayıb.
Ölkə.Az xəbər verir ki, bu barədə təlimlərin İran tərəfindən rəsmi nümayəndəsi kapitan Abbas Həsəni "Mehr" agentliyinə açıqlamasında deyib.
“Bu təlimlər ilk dəfədir ki, İranın təşəbbüsü ilə Xəzər dənizində keçirilir. Bu məqsədlə dünən Rusiya gəmisi İranın ərazi sularına daxil olub və koordinasiya görüşü keçirilib. Bu gün təlimin su mərhələsi keçirilir”, - Həsəni deyib.
Təlimlərdə iştirak edən bölmələr yanğının söndürülməsi, xilasetmə əməliyyatlarının təmin edilməsi və zərərçəkənlərin helikopterlə daşınması, eləcə də hava və dəniz hədəflərinə atəş açmaq vərdişlərini öyrənəcəklər.
Mürtəza
Ölkə.Az