Aİ Şurası Rusiyaya qarşı bütün sanksiyaların müddətini 2025-ci il yanvarın 31-dək uzadıb.
"Report" xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Qeyd olunub ki, qərar 2014-cü ildən bəri qəbul edilmiş bütün sanksiyalara şamil edilir.
Ümumilikdə Aİ Rusiyanın 685 hüquqi, 1 558 fiziki şəxsinə qarşı sanksiya tətbiq edib.