ABŞ Demokratlar Partiyası çevrəsinin ən nüfuzlu ailələrindən biri, maliyyəçi Corc Soros və onun oğlu, Açıq Cəmiyyət Fondunun sədri Aleks Soros ölkənin vitse-prezidenti Kamala Harrisin dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsini dəstəkləyiblər.
Ölkə.Az xəbər verir ki, bu barədə Aleks Soros X (tvitter) səhifəsində yazıb.
“Bizim Kamala Harrisin arxasında birləşmək və Donald Trampı məğlub etmək vaxtıdır. O, mümkün olan ən yaxşı və ən bacarıqlı namizəddir”, - Aleks qeyd edib.
"The Wall Street Journal"ın yazdığına görə, Soroslar Baydenə dəstək üçün böyük maliyyə töhfələri ilə tanınırlar.
"Bloomberg"in məlumatına görə, Soros hazırkı Amerika liderini dəstəkləyən təşkilata 5 milyon dollardan çox ianə verib. Yanvarda isə Soros siyasi təşkilata 60 milyon dollar göndərib.
Mürtəza
Ölkə.Az