ABŞ-ın sabiq prezidenti Donald Tramp iyulun 24-də İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
"Ölkə.az" xəbər verir ki, bu barədə Tramp sosial şəbəkədə yazıb.
Tramp Mar-a-Laqoda (Florida ştatı) malikanəsində Netanyahunu qəbul etməyi planlaşdırır:
“Sabah Floridada Mar-a-Laqoda Benyamin Netanyahunu səbirsizliklə gözləyirəm”.