Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 229-a çatıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
“Ölənlər arasında 148 kişi və 81 qadın var”, - məlumatda deyilir.
Axtarışlar davam etdirilir.
Qeyd edək ki, ölkənin cənubunda Qeze-Qofa bölgəsində aramsız yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.