Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti hakim partiyanın lideri Bidzina İvanişviliyə qarşı sui-qəsd cəhdinin təşkilatçıları müəyyən edib.
Ölkə.Az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.
"Dövlət Təhlükəsizlik Xidməti “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin Ukraynada yerləşən Gürcüstanın keçmiş yüksək rütbəli dövlət məmurları və keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təşkil edilmiş və maliyyələşdirilərək öldürülməsinə hazırlıq faktlarını araşdırır.
Qeyd olunan cinayət əməllərinin məqsədi iğtişaşlar yaratmaq, hakimiyyəti zəiflətmək fonunda dağıdıcı qüvvələr tərəfindən zorakılıq yolu ilə dövlət hakimiyyətini devirməkdir”- bəyanatda deyilir.
Mürtəza
Ölkə.Az