• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Türkiyə parlamentində dava düşdü - VİDEO



Türkiyə Böyük Millət Məclisində deputatlar arasında dava düşüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə AKP ilə DEM millət vəkillərinin arasında baş verib.

Məlumata görə, insident DEM Partiyasının Mersindən olan deputatı Əli Bozanın AKP-yə ünvanladığı fikirlərə görə baş verib.

Belə ki, Bozanın kürsüdən “AKP oğurluq edir” deməsi AKP millət vəkillərinin qəzəblənməsinə səbəb olub və deputatlar arasında dava düşüb.

Hadisə zamanı AKP-nin deputatı Adil Karaismailoğlu Bozana yumruq atıb. Məclisdəki polislər müdaxilə edərək tərəfləri sakitləşdirməyə çalışıb. TBMM-in sədr müavini Bəkir Bozdağ yaranan mübahisəyə görə iclası dayandırıb.

Həmin görüntüləri təqdim edirik:

ƏN ÇOX OXUNANLAR

0.021436929702759